Bəşər Əsəd və Putin bu gün Moskvada görüşəcək

Bəşər Əsəd və Putin bu gün Moskvada görüşəcək
Yayınlanma tarixi: 15.03.2023 11:17:32

Dünən axşam saatlarında rəsmi səfər üçün Moskvaya gedən Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

İslamazeri.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd dünən axşam saatlarında Moskvaya rəsmi səfərə gedib.

Bəşər Əsədi Moskva səfərində böyük bir heyət müşayiət edir.

Suriya Rəyasət Heyətinin bəyanatında bildirilib:

"Prezident Bəşər Əsəd Rusiya Federasiyasına rəsmi səfər etmək üçün bu gün axşam saatlarında Moskvaya gəlib.

Səfər zamanı Bəşər Əsəd, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.".

Əsəd-Putin görüşündə ikitərəfli və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Rusiya mətbuatının məlumatına görə, görüşdə gündəm mövzularından biri də Türkiyə ilə Suriya arasında normallaşma prosesi olacaq.

GÜNÜN MANŞETLERİ