İran və ABŞ arasında heç bir görüş planlaşdırılmayıb.
İslamazeri.comxəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İranla ABŞ arasında heç bir danışıqların planlaşdırılmadığını vurğulayaraq, əlaqələrin Pakistan vasitəsilə aparıldığını bildirib.
Bəqayi sosial media hesabında verdiyi açıqlamada, İran xarici işlər naziri və nümayəndə heyətinin Pakistanın paytaxtı İslamabadda rəsmi səfərdə olduğunu açıqlayıb.
Bəqayi bildirib ki, səfər zamanı xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin hücumlarından sonra bölgədə sülhə nail olmaq üçün vasitəçilik səylərini Pakistanın yüksək vəzifəli rəsmiləri ilə müzakirə edəcək.
O əlavə edib ki, “İranla ABŞ arasında heç bir danışıqlar planlaşdırılmır. İran İslam Respublikasının fikirləri və qiymətləndirmələri Pakistan tərəfinə çatdırılır”.