Belçika İsrailə göndərilən hərbi texnikanı müsadirə edib

Belçika İsrailə göndərilən hərbi texnikanı müsadirə edib
Yayınlanma tarixi: 4/12/2026 3:25:58 PM

Belçika İsrailə göndərilən hərbi texnikanı müsadirə etdi.

İslamazeri.com xəbər verir ki, Belçikanın Vallon bölgəsindəki Lyejdə fəaliyyət göstərən Belçika-İsrail yük şirkətinin hərbi texnika qaçaqmalçılığına cəhd etməsi ilə bağlı məlumat daxil olub.

Bu məlumatdan sonra təhlükəsizlik qüvvələri Lyej hava limanında əməliyyat keçirib və orada bəyan edilməmiş hərbi texnika aşkar edilərək müsadirə edilib.

Hadisənin Belçikanın Flamand bölgəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı (Vredesactie) tərəfindən verilən məlumat vasitəsilə üzə çıxdığı bildirilir. Bu hadisələr Belçikanın Vallon bölgəsinin baş naziri Adrien Dolimont tərəfindən təsdiqlənib.

Məsələ ilə bağlı açıqlamasında Baş nazir Dolimont deyib: “Vredesactie-dən verilən məlumatdan sonra biz tez bir zamanda hərəkətə keçdik. Xəbərdarlığı aldıqdan sonra iki saat ərzində gömrüklə əlaqə saxladıq və bağlamalar ələ keçirildi”.

Dolimont İsrailə qarşı siyasətin aydın olduğunu xüsusi olaraq bildirib və deyib: “Hazırkı şəraitdə İsrailin hərbi imkanlarını gücləndirəcək heç bir texnikaya lisenziya vermirik”. Dolimont bu növ qanunsuz yük daşınmasının öz növündə ilk olmadığını bildirib və Liejdən keçən oxşar yüklərin əvvəllər də aşkarlandığını qeyd edərək, hərbi texnikanı mülki materiallardan ayırmağın həmişə asan olmadığını vurğulayıb.

Belçika mediasında yer alan xəbərlərə görə, basqın zamanı qırıcı təyyarə hissələri, lazer və hədəf əldə etmə elementləri və xüsusi atəş nəzarəti avadanlıqları olan 33 yük vahidi ələ keçirilib.

Flamand QHT-sinin üzvü Hans Lammerant hadisə barədə məlumat verdiklərini və əvvəlki 17 qanunsuz hərbi texnika daşınması hadisəsindən xəbərdar olduqlarını bildirib.

GÜNÜN MANŞETLERİ

İsrail Livanı qadağan olunmuş fosfor bombaları ilə vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanı qadağan olunmuş fosfor bombaları ilə vurub

4/12/2026 3:30:37 PM
İsrail Livanda mülki şəxsləri hədəf almağa davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda mülki şəxsləri hədəf almağa davam edir

4/12/2026 1:09:32 PM
Sabah yağış yağacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq

4/12/2026 12:40:13 PM
İran Hizbullahla bağlı Livan hökumətinə xəbərdarlıq etdi
DÜNYA / İSLAM DÜNYASI

İran Hizbullahla bağlı Livan hökumətinə xəbərdarlıq etdi

4/12/2026 11:51:41 AM