Bayden qorxuda: Məni vəzifəmdən uzaqlaşdıracaqlar

Bayden qorxuda: Məni vəzifəmdən uzaqlaşdıracaqlar
Yayınlanma tarixi: 11/7/2022 11:23:11 AM

ABŞ prezidenti Co Bayden bildirib ki, noyabrın 8-də keçiriləcək aralıq seçkilərdə respublikaçılar həm Senatda, həm də Nümayəndələr Palatasında səs çoxluğu qazansalar, ona qarşı impiçment prosesini başladacaqlar.

İslamazeri.com xəbər verir ki, ABŞ prezidenti Co Bayden Kaliforniyanın San Dieqo şəhərində qatıldığı tədbirdəki çıxışında noyabrın 8-də keçiriləcək Konqresə ara seçkiləri ilə bağlı açıqlamalar verib.

Noyabrın 8-də ölkədə keçiriləcək Konqresə ara seçkilərinin həyati əhəmiyyət daşıdığını bildirən demokrat Bayden respublikaçıları günahlandırıb.

"Eşitdim ki, Respublikaçılar Nümayəndələr Palatasında və Senatda qalib gəlsələr, məni impiçment edəcəklər. Məni niyə vəzifəmdən uzaqlaşdırmaq istədiklərini bilmirəm", - Bayden deyib.

ABŞ-da aparılan sorğunun nəticələrinə görə, Respublikaçıların Nümayəndələr Palatasında çoxluğu qazanacağı dəqiq hesab edilsə də, Senatda “yüksək ehtimalla” çoxluğu qazanacağı gözlənilir.

Noyabrın 8-də keçiriləcək aralıq seçkilərində amerikalılar Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 35-i, həmçinin öz ştatlarında qubernator və digər yerli vəzifələr üçün səsvermədə iştirak edəcəklər.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM