ABŞ tarixində bir ilk: Məhkəmə sabiq prezidentə ittiham elan edəcək

ABŞ tarixində bir ilk: Məhkəmə sabiq prezidentə ittiham elan edəcək
Yayınlanma tarixi: 3/31/2023 2:38:13 PM

ABŞ-da ilk dəfə məhkəmə sabiq prezidentə ittiham elan edəcək.

Nyu-York məhkəməsinin hakimləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın aktrisa Stormi Danielsə 130 min dollar ödənilməsində iştirakı ilə bağlı ittiham aktı çıxarıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, bununla da, Tramp rəsmi ittihamlarla üzləşən ilk keçmiş ABŞ prezidenti olub.

Bu xəbəri ilk olaraq New York Times qəzeti açıqlayıb.

Donald Trampın vəkili də Nyu Yorkda hazırlanan ittiham aktı ilə bağlı məlumatlı olduğunu bildirib.

Manhetten dairəsinin prokuroru Alvin Bragg, Donald Trampın 2016-cı il prezident seçkiləri kampaniyası zamanı aktrisa Stormi Danielsə 130 min dollar verməsi iddiaları ilə bağlı araşdırma açıb.

İttihamnamənin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Prokurorların o vaxta qədər Trampdan mühakimə olunmasını xahiş edəcəyi gözlənilir. Donald Trampın özü isə hələ vəziyyəti şərh etməyib.

Manhetten prokuroru ödənişlərin 2016-cı il prezident seçkiləri kampaniyası üçün nəzərdə tutulan vəsaitdən edildiyindən şübhələnir.

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM