20 Yanvar şəhidlərini təhqir edən qadın saxlanılıb

20 Yanvar şəhidlərini təhqir edən qadın saxlanılıb
Yayınlanma tarixi: 1/20/2023 6:35:05 PM

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

"TikTok" sosial şəbəkəsində bir nəfər xanım vətəndaşın canlı yayım zamanı 20 Yanvar faciəsi qurbanlarının ünvanına nalayiq ifadələr işlətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan "İslamazeri.com"a verilən məlumata görə, keçirilən texniki-axtarış tədbirləri nəticəsində həmin şəxsin Gəncə şəhər sakini Gülnarə İsgəndərova olması müəyyən olunaraq Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət edilib. Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və bildirilib ki, 20 Yanvar faciəsi ümumxalq hüzn günüdür. Həmin gün şəhid olanlar bugünkü müstəqil dövlətimiz naminə canlarını qurban veriblər.

G.İsgəndərova ifadəsində etdiyi əməldən peşman olduğunu bildirib, bütün şəhid ailələrindən və Azərbaycan xalqından üzr istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

GÜNÜN MANŞETLERİ

İran üç ABŞ gəmisini batırdı
REGİON / İRAN

İran üç ABŞ gəmisini batırdı

3/28/2026 1:00:45 PM
Tramp: İran
DÜNYA / MARAQLI

Tramp: İran "Tramp boğazı"nı açmalıdır

3/28/2026 12:09:01 PM