Pakistandan İsrailə sərt xəbərdarlıq: Biz Qətər deyilik!

Pakistandan İsrailə sərt xəbərdarlıq: Biz Qətər deyilik!
Yayınlanma tarixi: 3/27/2026 11:06:12 AM

Pakistandan İsrailə sərt xəbərdarlıq

İslamazeri.com xəbər verir ki, Pakistan Strateji Forumunun X hesabından verilən açıqlamada, Pakistan diplomatlarına qarşı hər hansı bir hücumun sərt cavabla qarşılanacağı barədə xəbərdarlıq edilib.

Pakistan hökuməti ilə əlaqəli olan “Pakistan Strateji Forumu”nun X (əvvəllər Twitter) hesabı İsrailə sərt xəbərdarlıq edib.

Yazıda deyilirdi: “İsrail yadda saxlamalıdır: Pakistan Qətər deyil. Diplomatlarımız dünyanın hər hansı bir yerində zərər görərsə, biz çox sərt cavab verəcəyik”.

Bu açıqlama İsrailin Tehrandakı Pakistan səfirinə sui-qəsd cəhdi ilə bağlı son xəbərlərdən sonra verilib.

GÜNÜN MANŞETLERİ