AZAL Naxçıvan uçuşlarını yenidən təxirə saldı - SƏBƏB

AZAL Naxçıvan uçuşlarını yenidən təxirə saldı - SƏBƏB
Yayınlanma tarixi: 5/21/2026 3:30:04 PM

AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.

İslamazeri.com xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür.

Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.

GÜNÜN MANŞETLERİ