İran Dubayda ABŞ-ın gizli hədəflərinə hücum edib

İran Dubayda ABŞ-ın gizli hədəflərinə hücum edib
Yayınlanma tarixi: 3/28/2026 5:30:01 PM

İran Dubayda ABŞ-ın gizli hədəflərinə hücum edib.

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki iki gizli ABŞ hərbi məntəqəsinə zərbə endirildiyini açıqladı.

Yazılı açıqlamada sözçü Amerika ordusuna əvvəlki xəbərdarlıqlarını xatırladaraq dedi: "Təcavüzkar Amerika ordusu, bölgədəki silahlı qüvvələrin güclü hücumu və bazalarının dağıdılması səbəbindən qaçmağa və bazalarının xaricində gizlənməyə başlayıb".

Bəyanata görə, son saatlarda Dubaydakı iki ayrı bunkerdə 500-dən çox Amerika əsgəri tapılıb. Bildirilib ki, birinci bunkerdə 400-dən çox, ikincisində isə 100-dən çox əsgər gizlənir.

Hər iki hədəf İnqilab Keşikçiləri Aerokosmik Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən idarə olunan dəqiq raketlər və dronlarla vurulub və nəticədə Amerika qüvvələri ağır itkilərə məruz qalıb.

Mətbuat katibi Zülfikari bildirib ki, "Saatlarla təcili yardım maşınları ölü və yaralı amerikalı komandirləri və əsgərləri daşıyıb".

Bəyanat ABŞ prezidenti Donald Trampa və amerikalı komandirlərə müraciətlə yekunlaşıb: "Onlar aydın şəkildə başa düşməlidirlər ki, region Amerika əsgərləri üçün qəbiristanlığa çevriləcək və qəhrəman xalqın və İslam döyüşçülərinin iradəsi qarşısında təslim olmaqdan başqa çarələri yoxdur".

GÜNÜN MANŞETLERİ

İran üç ABŞ gəmisini batırdı
REGİON / İRAN

İran üç ABŞ gəmisini batırdı

3/28/2026 1:00:45 PM
Tramp: İran
DÜNYA / MARAQLI

Tramp: İran "Tramp boğazı"nı açmalıdır

3/28/2026 12:09:01 PM