ABŞ Prezidenti Donald Tramp son tədbirlərdən birində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman haqqında kifayət qədər kobud şəkildə danışıb.
İslamazeri.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp son tədbirlərdən birində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman haqqında kifayət qədər təhqiramiz şəkildə danışıb.
Səudiyyə tərəfindən dəstəklənən investisiya forumunda çıxış edən Tramp deyib:
"O, bunun baş verəcəyini düşünmürdü. Mənim a....ı öpəcəyini düşünmürdü. Həqiqətən də bunu gözləmirdi."
Dünya siyasəti bugünə qədər bir çox kəskin ifadələrə şahidlik edib, lakin Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman haqqında işlətdiyi son ifadələr bütün diplomatik etikadan kənar, görünməmiş bir təhqirdir. Səudiyyənin maliyyələşdirdiyi investisiya forumunda çıxış edən Trampın, "O, mənim "a....ı" öpəcəyini düşünmürdü" deməsi, əslində təkcə bir şəxsə deyil, bütün körfəz ölkələrinə ünvanlanmış bir aşağılamadır.
Bu hadisə bir daha sübut edir ki, Körfəz ölkələrinin Trampa və onun təmsil etdiyi imperialist maraqlara güvənməsinin sonu rüsvayçılıqdır. Səudiyyə Ərəbistanı rəhbərliyi, İslami dəyərləri kənara qoyub, Fələstin faciəsini görməzdən gələrək İsrail və Amerika ilə strateji tərəfdaşlıq qurmağa üstünlük verdilər.
İndi sual yaranır: bu qədər açıq və aşağılayıcı təhqirdən sonra Səudiyyə vəliəhdi hələ də Trampa yaxınlaşmağa, ona sığınmağa davam edəcəksə, deməli, o, özünə ünvanlanan bu təhqirlərin hamısına layiq deyilmi?