Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib

Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib
Yayınlanma tarixi: 11.02.2023 12:08:23

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Nazirlikdən "İslamazeri.com"a verilən xəbərə görə, müşavirədə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonundakı ərazilərimizdə mövcud əməliyyat şəraiti geniş təhlil edilib.

General-polkovnik Zakir Həsənov ehtimal olunan təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verib.

GÜNÜN MANŞETLERİ