Yəməndə daşqınlar nəticəsində 31 nəfər həyatını itirib

Yəməndə daşqınlar nəticəsində 31 nəfər həyatını itirib
Yayınlanma tarixi: 5/18/2023 2:33:45 PM

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Yəməndə aprel ayında baş verən daşqınlarda 31 nəfərin öldüyünü, 37 nəfərin yaralandığını, 3 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən yazılı açıqlamada Yəmənin bir çox şəhərində qısamüddətli leysan yağışların yağdığı bildirilib.

Açıqlamada leysan yağışların İbb şəhərindəki qayaların təhlükəli şəkildə dağılmasına səbəb olduğu qeyd olunub.

Yəməndə martın ortalarında başlayan yağışlı mövsüm minlərlə ailəyə mənfi təsir göstərib.

Qeyd edək ki, Yəmənin paytaxtı Səna və bəzi bölgələri 2014-cü ilin sentyabr ayından etibarən İran tərəfindən dəstəklənən husilərin nəzarətindədir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından etibarən husilərlə mübarizə çərçivəsində Yəmən hökumətinə dəstək verir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yayımladığı hesabata görə, Yəmən xalqının 73 faizi (təxminən 23,4 milyon nəfər) vətəndaş müharibəsi səbəbindən humanitar yardıma möhtacdır, 4,3 milyon insan öz yurd-yuvasından didərgin düşüb.

Yəməndəki münaqişələr nəticəsində 13 mini mülki vətəndaş olmaqla 377 min insan həyatını itirib.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM