İsrail Livana yenidən hücum etdi.
İslamazeri.comxəbər verir ki, İsrail ordusunun Livanın cənubundakı Nəbatiyyə bölgəsinə hava hücumları həyata keçirdiyi bildirilir.
Atəşkəsə və ABŞ-İran razılaşmasına baxmayaraq, sionist İsrail ordusunun Livanın cənubundakı Nəbatiyyə bölgəsinə hava hücumları həyata keçirdiyi bildirilir.
Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri axşam saatlarında Yuxarı Nəbatiyyə şəhərini hədəfə alıb.
RT Arabic-in məlumatına görə, Yuxarı Nəbatiyyəyə edilən hücumda bir nəfər şəhid olub, iki nəfər yaralanıb.
İsrail pilotsuz təyyarələri günortadan sonra Manzalah məhəlləsinə və Yuxarı Nəbatiyyədəki şəhər meydanına dörd hücum həyata keçirib.
Bu arada, İsrail qüvvələri Bint Cübeyl rayonunun Bəraşit şəhərinə üç səs bombası atıb.
Həmçinin, İsrail qüvvələrinin Tir rayonunun Buyut əs-Səyyad şəhərini pulemyotlarla atəşə tutduğu bildirilib.
İsrail ordusu 2 martda Livana intensiv hava hücumları edərək ölkənin cənubundakı bir neçə şəhəri işğal edib. Bu müddət ərzində Beyrut hökuməti ölkədəki məcburi köçkünlərin sayının bir milyonu keçdiyini açıqlayıb.