Yəhudi mühacirlərin fələstinlilərə qarşı cinayətləri davam edir

Yəhudi mühacirlərin fələstinlilərə qarşı cinayətləri davam edir
Yayınlanma tarixi: 7/14/2023 10:34:16 AM

İşğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində yəhudi köçkünlər tərəfindən təşkil edilən hücumlarda 5 fələstinli yaralanıb.

İslamazeri.com xəbər verir ki, Fələstinin "WAFA" xəbər agentliyinin məlumatına görə, İsrail hərbçilərinin nəzarəti altında olan Karnei Şomron qəsəbəsindən bir qrup yəhudi köçkün Kalkiyanın cənubundakı Kufr Selis kurortunun sakinlərinə daşla hücum edib.

Hücumda 4 fələstinli yaralanarkən, bir kazarma evi yandırılıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada da hücumda yaralanan 4 fələstinlidən 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Digər tərəfdən, şahidlərdən alınan məlumata görə, Ramallahın şimalındakı Kuber qəsəbəsində yəhudi köçkünlər və İsrail əsgərləri ilə fələstinlilər arasında baş verən qarşıdurmada 1 fələstinli üzünə daş dəyməsi nəticəsində yüngül şəkildə yaralanıb.

İsrail qüvvələrinin basqınları və yəhudi köçkünlərin hücumları səbəbindən ilin əvvəlindən Qərb Sahilində gərginlik yaşanır.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM