Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb

Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb
Yayınlanma tarixi: 2/20/2026 3:24:21 PM

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək.

İslamazeri.com xəbər verir ki, bu barədə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

GÜNÜN MANŞETLERİ

İsrail Livanı bombaladı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanı bombaladı: Ölən və yaralananlar var

2/21/2026 12:16:58 AM