Yaponiyada son 126 ildə rekord isti

Yaponiyada son 126 ildə rekord isti
Yayınlanma tarixi: 8/2/2023 5:33:18 PM

Yaponiyada iyul ayı son 126 ilin ən isti ayı olub.

Az.rasthaber.com xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatlarını təhlil edən ekspertlərin hesablamalarına görə, ötən ayın orta temperaturu Selsi üzrə 25,96 dərəcə olub. Bu, belə statistikanın aparılmağa başladığı 1898-ci ildən indiyədək ən yüksək göstəricidir. Əvvəllər ən isti 1978-ci ilin iyulunda qeydə alınıb. Belə ki, o vaxt orta aylıq temperatur 25,58 dərəcə təşkil edib. Son 126 il ərzində iyulun orta temperaturu 1,5 dərəcə yüksəlib ki, meteoroloqlar bunu qlobal istiləşmə və iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

Eyni zamanda böyük şəhərlərdə də istilər rekordlar qırır. Yaponiya Meteorologiya Agentliyinin saytında dərc olunan hesabata görə, Tokioda iyulun orta temperaturu 28,7 dərəcə olub.

İsti hava fonunda günvurma ilə xəstəxanaya yerləşdirilənlərin sayı artır. Belə ki, iyulun son həftəsində 11 mindən çox insan xəstəxanalara yerləşdirilib.

 

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM