Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq etdi
Yayınlanma tarixi: 1/11/2023 3:30:45 PM

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun (Covid-19) “XBB.1.5” variantının yayılma sürətinə diqqət çəkib və bütün ölkələrə müraciət edərək, hava ilə səyahət edən sərnişinlərə maska ​​taxmağı tövsiyə edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, ÜST qeyd edib ki, "XBB.1.5" variantına yoluxma halları Avropada yüksəlişdədir.

Ümumdünya Səhiyyə Təşkilatı Avropa bürosunun fövqəladə vəziyyətlər üzrə eksperti Katrin Smolvud bildirib ki, sərnişinlərə uzun məsafəli uçuşlar kimi yüksək riskli mühitlərdə maska taxmağı tövsiyə etmək lazımdır.

Səhiyyə rəsmilər, indiyə qədər aşkar edilmiş ən yoluxucu Omicron variantı olan "XBB.1.5"-in keçən həftə ABŞ-da "Covid-19" yoluxma hallarının 27,6 faizini təşkil etdiyini açıqlayıb.

Sözügedən subvariantın qlobal infeksiya dalğasına səbəb olub-olmayacağı hələ məlum deyil.

GÜNÜN MANŞETLERİ

Namazların ümumi təqibatı
DİN

Namazların ümumi təqibatı

3/16/2026 12:43:38 PM
Sumqayıtda top mərmisi aşkar edilib
ÖLKƏ / HADİSƏ

Sumqayıtda top mərmisi aşkar edilib

3/16/2026 12:20:30 PM
Qəbul imtahanlarının tarixi açıqlanıb
ÖLKƏ / TƏHSİL

Qəbul imtahanlarının tarixi açıqlanıb

3/16/2026 11:37:55 AM
Xəzər dənizində zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Xəzər dənizində zəlzələ olub

3/16/2026 11:34:38 AM
İran: Atəşkəs gündəmdə deyil
REGİON / İRAN

İran: Atəşkəs gündəmdə deyil

3/16/2026 11:29:44 AM