Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb
Türkiyənin Ankara şəhərində hərbi təlim zamanı nəqliyyat helikopteri qəzaya düşüb.
İsamazeri.com xəbər verir ki, Türkiyə Quru Qoşunlarının Aviasiya Komandanlığına məxsus “CH-47” tipli helikopter uçuş zamanı hələlik naməlum səbəbdən qəza edib.
Rəsmi açıqlamada bildirilib ki, hadisə nəticəsində şəxsi heyət arasında xəsarət alan olmayıb.
Qəzanın səbəbləri isə aparılacaq araşdırmadan sonra dəqiqləşdiriləcək.