Türkiyə İsveçdə Quranın təhqir olunmasını pisləyib

Türkiyə İsveçdə Quranın təhqir olunmasını pisləyib
Yayınlanma tarixi: 21.07.2023 11:21:39

Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin təhqir olunmasını pisləyib.

İslamazeri.com xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.

“Biz bu gün, iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında Qurana qarşı törədilən iyrənc hücumu qəti şəkildə pisləyirik”, - Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda deyilib ki, İsveçdən beynəlxalq öhdəlikləri, xüsusilə BMT, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Avropa Şurasındakı öhdəlikləri çərçivəsində İslam dininə və onun milyardlarla inanına qarşı bu nifrət cinayətinin qarşısını almaq üçün çəkindirici tədbirlər görəcəyini gözləyirik. Türkiye islamofobiya, ksenofobiya, irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində bu cür hücumların baş verdiyi ölkələrlə birlikdə işləməyə hazırdır.

GÜNÜN MANŞETLERİ