Tərtər və Laçında ermənilərdən qalmış silah-sursat aşkarlanıb

Tərtər və Laçında ermənilərdən qalmış silah-sursat aşkarlanıb
Yayınlanma tarixi: 23.02.2023 10:17:02

Bu barədə DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları işğaldan azad edilən ərazilərdə keçirdikləri nəzarət profilaktik tədbirlər zamanı erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapıb.

Bu barədə "İslamazeri.com"a DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, Tərtər rayonunun Talış kəndi ərazisində 1 ədəd tank əleyhinə idarə olunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçın rayonunun Qarıkaha kəndində isə 3 əl qumbarası aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.

GÜNÜN MANŞETLERİ