Tehranın polis rəisi vəzifəsindən azad edilib

Tehranın polis rəisi vəzifəsindən azad edilib
Yayınlanma tarixi: 27.01.2023 16:45:03

İran Polis Qüvvələrinin baş direktoru briqada generalı Əhməd Rza Radan general Abbas Əli Muhammədiyanı Tehran polisinin rəisi təyin edib.

Tehran polisinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhimi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra tutduğu vəzifəsindən azad edilib.

İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, İran Polis Qüvvələrinin baş direktoru briqada generalı Əhməd Rza Radanın imzaladığı təyinat qərarı ilə Hüseyn Rəhiminin yerinə Abbas Əli Muhammədiyan Tehran polis rəisi təyin edilib.

Təhvil-təslim mərasiminin tezliklə Mühafizə Baş İdarəsində keçiriləcəyi bildirilir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

GÜNÜN MANŞETLERİ