Sürpriz detal üzə çıxdı: Tehran–Vaşinqton xəttində iqtisadi müzakirələr

Sürpriz detal üzə çıxdı: Tehran–Vaşinqton xəttində iqtisadi müzakirələr
Yayınlanma tarixi: 2/15/2026 1:25:14 PM

İran ilə ABŞ arasında aparılan danışıqlarda iştirak edən şəxslərdən biri olan Hamid Qanbari bildirib ki, görüşlərdə neft, təbii qaz, mədənçilik və təyyarə alışı kimi sahələrdə ortaq maraqlar müzakirə olunub.

İslamazeri.com xəbər verir ki, İran Ticarət Palatasında keçirilən toplantıda çıxış edən Qanbari, İran Xarici İşlər Nazirliyinin İqtisadi Diplomatiya üzrə müavin vəzifəsi ilə davam edən müzakirələrin detalları barədə məlumat verib.

O qeyd edib ki, ortaq neft və qaz yataqları, mədənçilik investisiyaları və mülki aviasiya sahələri danışıqlar mətnində yer alıb.

Əvvəlki nüvə sazişində ABŞ-nin konkret iqtisadi qazanc əldə etmədiyini xatırladan Qanbari vurğulayıb ki, bu dəfə razılaşmanın davamlı olması üçün ABŞ-ın da sürətli və yüksək gəlirli iqtisadi sahələrdə fayda əldə etməlidir.

Qanbari təklif olunan iqtisadi başlıqların İranın daxili siyasətində ən az həssaslıq yaradacaq sahələrdən seçilməsinin vacibliyini bildirib. O, enerji sektoru, neft və qaz yataqları, qısa müddətdə nəticə verə biləcək mədənçilik investisiyaları, şəhərsalma layihələri və təyyarə alışlarını buna nümunə göstərib.

İrana məxsus məhdud və ya dondurulmuş maliyyə vəsaitlərinin də razılaşmanın bir hissəsi olacağını deyən Qanbari, bu vəsaitlərin azad edilməsinin real və istifadə edilə bilən formada həyata keçirilməli olduğunu, simvolik və ya müvəqqəti addımların kifayət etməyəcəyini qeyd edib.

Həmin vəsaitlərin mərhələli şəkildə və ya birdəfəlik azad edilə biləcəyini bildirən Qanbari əlavə edib ki, İran bunun qarşılığında bəzi borclarını təminat kimi təqdim edə və beləliklə faktiki maliyyə azadlaşması təmin oluna bilər.

Qanbari vurğulayıb ki, danışıqlar ciddi razılaşmaya nail olmaq məqsədilə davam etdirilir. Bununla belə, o qeyd edib ki, heç bir qurum gündəlik fəaliyyətini danışıqları əsas gətirərək dayandırmamalıdır.

“Ölkə bütün ssenarilərə hazır olmalıdır, lakin eyni zamanda danışıqları da qətiyyətlə davam etdirməlidir”, – deyə o bildirib.

GÜNÜN MANŞETLERİ