Sudanda 72 saatlıq atəşkəs elan edilib

Sudanda 72 saatlıq atəşkəs elan edilib
Yayınlanma tarixi: 4/21/2023 3:47:56 PM

Sudanda Ramazan bayramı münasibətilə 72 saatlıq atəşkəs elan edilib.

Aprelin 15-dən Sudanda ordu ilə qarşıdurmada olan Hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (ÇDQ) bayramın ilk günündən etibarən 72 saatlıq atəşkəs tətbiq edəcəklərini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, ÇDQ-nin Twitter hesabından edilən açıqlamada bildirilib:

“Atəşkəs Ramazan bayramına təsadüf edir. 

Vətəndaşların təxliyəsi üçün humanitar dəhlizlərin açılması və bayramı ailələri ilə birlikdə qeyd etmək imkanının təmin edilməsi məqsədilə bayramın ilk günü yerli vaxtla saat 06:00-dan etibarən tam 72 saatlıq atəşkəs rejiminə əməl olunacaq".

Gecə saatlarında başda Erkevit, Mamura və Mücahidlər olmaqla paytaxtın bir çox məhəllələrində toqquşma səsləri eşidilib. Qarşıdurmalarda bəzi evlərə və iş yerlərinə ciddi ziyan dəyib. Bəzi binalarda yanğın baş verib.

Atəşkəs qərarına baxmayaraq, bayram namazından sonra Xartumda silah səsləri eşidilməkdə davam edir.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM