Səudiyyə Ərəbistanının XİN rəhbəri dünən Suriyaya səfər edib

Səudiyyə Ərəbistanının XİN rəhbəri dünən Suriyaya səfər edib
Yayınlanma tarixi: 4/19/2023 10:36:16 AM

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan rəsmi görüşlər keçirmək üçün dünən paytaxt Dəməşqə səfər edib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan 12 ildən sonra Xarici İşlər Nazirliyi səviyyəsində Suriyaya ilk səfərini edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan rəsmi görüşlər keçirmək üçün dünən paytaxt Dəməşqə səfər edib.

Feysəl bin Fərhan səfəri çərçivəsində Suriya lideri Bəşər Əsədlə görüşüb.

Feysəl bin Fərhanın bu səfəri “Suriyada münaqişənin başladığı 2011-ci ildən bəri Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Dəməşqə ilk səfəri olub”.

Səfər Suriyanın xarici işlər naziri Feysəl Miqdadın Səudiyyə Ərəbistanına son 12 ildə ilk rəsmi səfərindən bir neçə gün sonraya təsadüf edib.

Bildirilib ki, səfər çərçivəsində keçirilən görüşdə tərəflər “Dəməşqə tətbiq edilən təcridin aradan qaldırılması üçün zəruri addımları” müzakirə ediblər.

Suriya prezidenti Bəşər Əsədin son bir neçə ayda müxtəlif ərəb ölkələri ilə təmasları 2011-ci ildə başlayan müharibədən bəri davam edən təcridin sona çatacağına dair şərhləri də gətirib.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM