SEPAH ABŞ təyyarədaşıyan gəmisini hədəfə aldı

SEPAH ABŞ təyyarədaşıyan gəmisini hədəfə aldı
Yayınlanma tarixi: 3/3/2026 1:22:56 PM

İnqilab Keşikçiləri Donanması müharibə zamanı ABŞ təyyarədaşıyan gəmisi USS Abraham Linkolnu iki dəfə hədəfə alıb.

İslamazeri.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri müharibə zamanı bölgədəki ABŞ gəmilərinə qarşı iki ayrı raket hücumu həyata keçirib.

Birinci hücum USS Abraham Linkoln təyyarədaşıyan gəmisini hədəfə alıb. İkinci hücum da eyni gəmiyə qarşı həyata keçirilib.

İİKK sözçüsü general Nəiminin sözlərinə görə, ikinci əməliyyatda dörd qanadlı raketdən istifadə edilib.

Hücum zamanı ABŞ gəmisinin Çabahar sahillərindən təxminən 250-300 kilometr aralıda olduğu bildirilir.

Raket buraxılışından sonra gəmi kursunu dəyişərək cənub-şərqi Hind okeanına doğru qaçmağa məcbur olub.

GÜNÜN MANŞETLERİ