Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Yayınlanma tarixi: 25.01.2023 12:53:29

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yanvarın 26-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

GÜNÜN MANŞETLERİ

Naxçıvanın prokuroru vəzifəsindən azad edilib
ÖLKƏ / SİYASƏT

Naxçıvanın prokuroru vəzifəsindən azad edilib

31.01.2023 18:18:24
Haram yeməyin nəticəsi
DİN

Haram yeməyin nəticəsi

31.01.2023 18:00:17
Pakistanda bir günlük matəm elan edilib
DÜNYA / İSLAM DÜNYASI

Pakistanda bir günlük matəm elan edilib

31.01.2023 17:16:58