İran İsrailə qarşı yeni raket və PUA hücumu həyata keçirib

İran İsrailə qarşı yeni raket və PUA hücumu həyata keçirib
Yayınlanma tarixi: 3/24/2026 6:00:03 PM

İran İsrailə yeni raket və PUA hücumu həyata keçirib.

İslamazeri.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) "Əsl Vəd 4" Əməliyyatının 79-cu dalğası çərçivəsində İsrail və ABŞ hədəflərinə qarşı yeni hücumların başladığını elan edib.

İİKK-nın bəyanatına görə, "Əsl Vəd 4" Əməliyyatının 79-cu dalğası həyata keçirilib.

Əməliyyat Təl-Əviv və Neqev kimi təhlükəsiz ərazilərdəki kəşfiyyat bölmələrini, eləcə də rejimin cənubdakı əsas hərbi logistika və komandanlıq mərkəzi olan Ramat Qan və Beer-Şebadakı kommersiya və hərbi dəstək mərkəzlərini hədəf alıb.

Bəyanatda bu əməliyyatın "Seccil", "Xeybər Şekan" və "Xorrəmşəhr" raketləri, eləcə də pilotsuz uçuş aparatları donanmasından istifadə edilərək həyata keçirildiyi bildirilib.

GÜNÜN MANŞETLERİ