Sabah qar yağacaq - PROQNOZ

Sabah qar yağacaq - PROQNOZ
Yayınlanma tarixi: 1/25/2026 2:25:59 PM

Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

İslamazeri.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

GÜNÜN MANŞETLERİ

Nəcəfdə mövlud- FOTO
DİN / MÖVLUDLAR

Nəcəfdə mövlud- FOTO

1/25/2026 1:00:01 PM
Maddi problemlərin həlli
DİN

Maddi problemlərin həlli

1/25/2026 11:22:10 AM
Qəzzada 10 uşaq soyuqdan can verdi
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada 10 uşaq soyuqdan can verdi

1/25/2026 10:37:50 AM
İmam Səccadın (ə) mövlud günüdür
DİN / MÖVLUDLAR

İmam Səccadın (ə) mövlud günüdür

1/25/2026 9:00:01 AM