Sabah ilin ilk Günəş tutulması olacaq

Sabah ilin ilk Günəş tutulması olacaq
Yayınlanma tarixi: 4/19/2023 11:40:10 AM

Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Aprel ayının 20-də 2023-cü ilin ilk tutulma hadisəsi - Günəş tutulması olacaq.

Şamaxı Astrofizika Rəsədxanasından "İslamazeri.com"a verilən xəbərə görə, bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır.

Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayacaq və saat 10:59-da sona çatacaq. Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.

Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə olunacaq. Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM