Ruhullah Novruzzadənin yaxınları aksiya keçirdi

Ruhullah Novruzzadənin yaxınları aksiya keçirdi
Yayınlanma tarixi: 23.05.2023 16:23:37

“Mizan Maarif Mərkəzi” İctimai Birliyinin baş direktoru, ilahiyyatçı Ruhullah Novruzzadənin yaxınları Prezindet Aparatının binasının qarşısında aksiya keçirib.

İslamazeri.com "Turan"a istinadən xəbər verir ki, mayın 23-ü “Mizan Maarif Mərkəzi” İctimai Birliyinin baş direktoru, ilahiyyatçı Ruhullah Novruzzadənin yaxınları Prezindet Aparatının binasının qarşısında aksiya keçirib.

Yaxınları bildirir ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları Ruhullahı evdən gəlib götürüblər. “ Qardaşımın bölmədə qarşısına narlotik qoyub deyiblər ki, “tanış ol, bu sənin cibindən çıxıb”. Qardaşımın üstündə narkotik var idisə elə evdə qoyub gedərdi, niyə bölməyə cibində narkotiklə getsin?”.

İlahiyyatçı  234.1(satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.3(külli miqdarda) maddələri ilə ittiham olunur.

Yaxınları bildirib ki, Ruhullah Novruzzadə azadlığa çıxana kimi hər gün onun haqqını tələb edəcəklər.

Ruhullah Novruzzadə Qum Dövlət Universitetinin  hüquq fakültəsinin tələbəsi olub. O, təhsil aldığı dövrdə xəstə atasına baş çəkməyə gələrkən hava limanında məlum olub ki, ölkəyə girişinə qadağa qoyulub. Bundan sonra Ruhulla Novruzzadə məhkəməyə müraciət edərək, qadağanın götürülməsinə nail olub.

O, bu ilin yanvar ayında həbs olunub. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə  ona 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda Şüvəlan təcridxanasında saxlanılır. 

GÜNÜN MANŞETLERİ