Ruhullah Novruzzadənin növbəti məhkəməsi oktyabr ayında olacaq

Ruhullah Novruzzadənin növbəti məhkəməsi oktyabr ayında olacaq
Yayınlanma tarixi: 8/11/2023 11:05:26 AM

Bu gün Ruhullah Novruzzadənin məhkəməsi keçirilib

İslamazeri.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün saat 11:00-da ilahiyyatçı Ruhullah Novruzzadənin məhkəmə iclası gec başlayıb. Məhkəmədə şahid dindirilib.

Məhkəmə prosesi oktyabr ayına qədər təxirə salınıb.

Bu barədə ilahiyyatçının yaxınları məlumat verib.

Qeyd: İlahiyyatçı Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.3 (külli miqdarda) maddələri ilə ittiham olunur.

Ruhullah Novruzzadə İranın Qum Dövlət İlahiyyət Universitetinin hüquq fakültəsinin tələbəsi olub. O, təhsil aldığı dövrdə xəstə atasına baş çəkməyə gələrkən hava limanında məlum olub ki, ölkəyə çıxışına qadağa qoyulub.

O, bu il yanvarın 31-də həbs olunub. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Novruzzadə hazırda Şüvəlanda istintaq təcridxanasında saxlanılır. (Məlumat veriləcək)

GÜNÜN MANŞETLERİ

Son 24 saat ərzində Livan cəbhəsində 24 israilli yaralanıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Son 24 saat ərzində Livan cəbhəsində 24 israilli yaralanıb

5/27/2026 12:07:12 PM
İsrail Livanda quru əməliyyatına başlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda quru əməliyyatına başlayıb

5/27/2026 10:33:01 AM
İran: ABŞ müvəqqəti atəşkəsi pozdu
REGİON / İRAN

İran: ABŞ müvəqqəti atəşkəsi pozdu

5/27/2026 10:08:11 AM