"Biz qonşu ölkələri hədəf almırıq".
İslamazeri.com xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazim Qəribabadi Azərbaycanın "AnewZ" kanalına verdiyi müsahibədə İranın Azərbaycana zərbə endirmədiyini bildirib.
Biz qonşu ölkələri hədəf almırıq. İranın siyasəti yalnız ABŞ və sionist rejimlər də daxil olmaqla, bölgədə fəaliyyət göstərən və İran mülki əhalisinə hücum etmək üçün istifadə edilən düşmənlərin hərbi bazalarına zərbə endirməkdir.
Biz əvvəldən bildirmişik: əgər bölgədə İrana hücum etmək üçün istifadə edilən hər hansı bir hərbi baza varsa, biz onları vuracağıq. Bu, bizim siyasətimizdir.