Seyyid Abbas Əraqçi İsveçrədə İran və ABŞ arasında keçiriləcək nüvə müzakirələrində iştirak etmək üçün Cenevrə şəhərinə yola düşüb.
İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Cenevrə səfəri çərçivəsində İsveçrənin xarici işlər naziri, Omanın xarici işlər naziri, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) baş direktoru və İsveçrədə fəaliyyət göstərən bəzi beynəlxalq qurumların nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.
Bildirilib ki, İran və ABŞ arasında nüvə danışıqlarının ikinci mərhələsi 17 fevral çərşənbə axşamı Cenevrədə baş tutacaq.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək.
ABŞ heyətində isə sabiq prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Vitkoff və kürəkəni Jared Kuşner yer alacaq.