Radikal yəhudilər yenidən Məscidül-Əqsaya basqın edib

Radikal yəhudilər yenidən Məscidül-Əqsaya basqın edib
Yayınlanma tarixi: 4/24/2023 3:43:20 PM

İsrail qüvvələrinin mküşayiət etdiyi bir qrup fanatik yəhudi məskunlaşmaçı 13 gün sonra işğal altında olan Şərqi Qüdsdəki Əqsa məscidinə növbəti dəfə basqın edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Qüds İslami Vəqflər İdarəsindən verilən açıqlamada bir qrup yəhudinin Məscidül-Əqsanın şərq hissəsində yerləşən "Rəhmət Qapısı" Məscidinə basqın etdiyi bildirilib.

Açıqlamada, "Rəhmət Qapısı" məscidindəki elektrik qurğusunun İsrail polisi tərəfindən söküldüyünə diqqət çəkilib.

Qeyd edək ki, Aprelin 4-də İsrailin Məscidül-Əqsaya basqını ilə bölgədə başlayan gərginlik, aprelin 7-si cümə gecəsinin ilk saatlarında İsrailin Qəzza və Livana hücumları ilə tarıma çəkilib. Buna cavab olaraq Qəzzadan İsrail istiqamətində raketlər atılıb. İsrailin baş naziri Benyamin Netanyahu aprelin 11-də fanatik yəhudiləri basqınlarını Ramazan ayının sonuna qədər dayandırmağa çağırıb. Ramazanın bitməsi ilə basqınlar yenidən başlayıb.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM