Qrenlandiya Parlamenti təcili iclas keçirəcək -Trampın təhdidlərinə görə

 Qrenlandiya Parlamenti təcili iclas keçirəcək -Trampın təhdidlərinə görə
Yayınlanma tarixi: 1/10/2026 6:00:01 PM

Qrenlandiya Parlamenti ABŞ-dan gələn təhdidləri müzakirə etmək üçün təcili iclas keçirəcək.

İslamazeri.com xəbər verir ki, bu barədə Qrenlandiya Assambleyasında təmsil olunan beş siyasi partiyanın liderləri birgə bəyanat yayıblar.

Bəyanatda vurğulanır ki, Qrenlandiya xalqı ölkənin gələcəyi ilə bağlı qərarları hər hansı xarici təzyiq və müdaxilə olmadan özü verməlidir. Partiya liderləri ABŞ-ın Qrenlandiyaya münasibətini “hörmətsizlik” kimi qiymətləndirərək buna son qoyulmasını tələb ediblər.

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen sosial mediada yayımladığı açıqlamada bildirib ki, ölkə əhalisi nə amerikalı, nə də danimarkalı olmaq istəyir:
“Biz qrenlandiyalı olmaq istəyirik. Ölkəmizin gələcəyinə başqa dövlətlərin təzyiqi və müdaxiləsi olmadan özümüz qərar verməliyik.”

Məlumata görə, Qrenlandiya parlamentinin iclası əvvəlcə 3 fevral tarixinə planlaşdırılsa da, yaranmış vəziyyətlə əlaqədar iclasın daha erkən tarixdə keçirilməsi qərara alınıb. İclasın dəqiq vaxtı hələ açıqlanmayıb.

Qeyd edək ki, yanvarın 3-də Venesuelada baş vermiş hərbi əməliyyatlardan sonra ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı nəzarətə götürmək niyyəti ilə bağlı açıqlamalarını yenidən gündəmə gətirib. Ağ Evin mətbuat katibi Kerolayn Levit ABŞ administrasiyasının Qrenlandiyanı əldə etmək üçün bir neçə variantı nəzərdən keçirdiyini bildirib.

Buna cavab olaraq Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın ABŞ tərəfindən zorla ilhaq edilməsinin NATO üçün ciddi nəticələr doğura biləcəyini və alyansın sonu anlamına gələ biləcəyini bəyan edib.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM