Qəzzada ölənlərin sayı 72 945-ə çatıb

Qəzzada ölənlərin sayı 72 945-ə çatıb
Yayınlanma tarixi: 6/4/2026 5:22:14 PM

Qəzzada ölənlərin sayı 72 945-ə çatıb.

İslamazeri.com xəbər verir ki, İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72.945 nəfərə çatıb.

Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri davam edən İsrail hücumları nəticəsində ölənlərin sayı ilə bağlı son məlumatlar paylaşılıb.

Qeyd edilib ki, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 3 ölü və 35 yaralı gətirilib.

10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrail hücumlarında 936 nəfər həyatını itirib, 2.903 nəfər yaralanıb və dağıntılar altından 781 cəsəd çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində şəhid olanların ümumi sayı 72.945-ə, yaralananların sayı isə 173.011-ə çatıb.

Qəzza zolağında hələ də dağıntılar altında minlərlə cəsədin olduğu güman edilir.

GÜNÜN MANŞETLERİ

Qəzzada ölənlərin sayı 72 945-ə çatıb
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada ölənlərin sayı 72 945-ə çatıb

6/4/2026 5:22:14 PM
Ayətullah Xameneidən müsəlmanlara MESAJ
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Xameneidən müsəlmanlara MESAJ

6/4/2026 4:14:05 PM
Azərbaycanda sabah 32 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda sabah 32 dərəcə isti gözlənilir

6/4/2026 3:30:01 PM