Qərb Kəşfiyyatının İranın nüvə silahı üzrə dəyərləndirməsi

Qərb Kəşfiyyatının İranın nüvə silahı üzrə dəyərləndirməsi
Yayınlanma tarixi: 1/31/2026 9:20:01 AM

Qərb ölkələrinin kəşfiyyat xidmətləri Tehranın uranı silah səviyyəsinədək zənginləşdirməsi və ya nüvə döyüş başlığı yaratmaq üçün addımlar atması ilə bağlı hər hansı əlamət qeydə almayıb

İslamazeri.com xəbər verir ki, bu barədə The New York Times qəzeti kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrdə bildirilir ki, Qərb kəşfiyyat qurumları bomba istehsalı üçün yararlı material əldə etmək məqsədilə yüksək səviyyəli zənginləşdirmə aparıldığına və ya real döyüş başlığının hazırlanmasına yönəlmiş digər fəaliyyətlərə dair sübut tapmayıb. İyunda zərbələrə məruz qalan üç obyektdə saxlanılan zənginləşdirilmiş uranın yerində qaldığı və görünür, toxunulmaz olduğu qeyd olunur.

ABŞ-ın qiymətləndirmələrinə görə, İran yeni nüvə obyektləri inşa etməyib. Bununla belə, Natanz və İsfahan şəhərlərində yerləşən iki yarımçıq obyektdə müəyyən fəallıq müşahidə olunub. İsrail və ABŞ xüsusi xidmət orqanlarının iddiasına əsasən, 2025-ci ildə həyata keçirilən hərbi əməliyyat İranın nüvə layihəsini 6 aydan 1 ilə qədər geri salıb. Eyni zamanda, Fordo obyektindəki sentrifuqalar hələ də işlək vəziyyətdə deyil.

Bununla yanaşı, Pentaqonun rəsmi qiymətləndirmələri ABŞ prezidenti Donald Trampın ictimai bəyanatları ilə tam üst-üstə düşmür. Tramp İranın nüvə potensialının tamamilə məhv edildiyini desə də, ABŞ-ın milli təhlükəsizlik strategiyasında bu potensialın yalnız “əhəmiyyətli dərəcədə zəiflədiyi” vurğulanır.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM