Qalibaf: İsraillilərin də dedikləri kimi, orduları çökmək üzrədir
İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İsrail ordusunun İranın mümkün cavabı qarşısında çökəcəyi barədə sərt xəbərdarlıq etdi.
Qalibaf İsrail Baş Qərargah rəisi Əyal Zamirə müraciət edərək, onun dediyi sözləri təkrarlayaraq "Mən 10 qırmızı bayraq qaldırıram" deyərək İsrail ordusunun çöküş dövrünə qədəm qoyduğunu vurğulayıb.
Qalibaf cinayətkar sionist rejimin gərginliyi artırmaq və İranın sənaye infrastrukturuna hücum etmək cəhdlərinin mahiyyət etibarilə onun korrupsiyalaşmış hökumətinə və ordusuna inamı bərpa etmək məqsədi daşıdığını iddia etdi və əlavə etdi ki, İranın zorakı cavabı rejimin çöküşünü daha da sürətləndirəcək.
Qeyd edək ki, Zamir bu misli görünməmiş xəbərdarlığı çərşənbə axşamı keçirilən siyasi-təhlükəsizlik kabinetinin iclasında hökumət üzvlərinə vermişdi.
Baş nazir Benyamin Netanyahu, müdafiə qurumlarının rəhbərləri və nazirlərin iştirak etdiyi iclasda çıxış edən Zamir dedi: "İsrail ordusu daxildən çökmək üzrədir. Sizə tam 10 qırmızı xəbərdarlıq verirəm".
Mövcud hərbi potensialın qeyri-davamlılığına diqqət çəkən Zamir xəbərdarlıq edib: "Ordunun təcili olaraq yeni bir hərbi qanuna, hərtərəfli ehtiyat qüvvələri qanununa və məcburi xidmət müddətini uzadan struktur hüquqi tənzimləməyə ehtiyacı var. Lazımi addımlar atılmazsa, ordu tezliklə hətta adi vəzifələrini yerinə yetirə bilməyəcək və ehtiyat bölmələrimiz artıq bu yükü daşıya bilməyəcək".