Pezeşkiyandan Hörmüz boğazı haqqında AÇIQLAMA

Pezeşkiyandan Hörmüz boğazı haqqında AÇIQLAMA
Yayınlanma tarixi: 4/14/2026 11:42:20 AM

Pezeşkiyandan Hörmüz boğazı haqqında AÇIQLAMA

İslamazeri.com xəbər verir ki, İran prezidenti Pezeşkiyan Hörmüz boğazına hər hansı bir təhdidin dünya üçün çox böyük nəticələrə səbəb olacağını bildirib.

İran dövlət televiziyası xəbər verir ki, prezident Məsud Pezeşkiyan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı ABŞ və İran arasında atəşkəsin hazırkı vəziyyətini müzakirə edib.

Pezeşkiyan ölkəsinin danışıqları yalnız beynəlxalq hüquq çərçivəsində davam etdirəcəyini vurğulayaraq, atəşkəs şərtlərini açıq şəkildə elan etdiklərini və onlara əməl edəcəklərini bildirib.

ABŞ-ın maksimalist tələblərinin razılaşmaya mane olduğunu təkrarlayan Pezeşkiyan xəbərdarlıq edib: "Hörmüz boğazına hər hansı bir təhdid dünya üçün çox böyük nəticələrə səbəb olacaq".

Fransa prezidenti Makron telefon danışığında bildirib ki, Livan da ilkin atəşkəs razılaşmasına daxil edilməlidir.

GÜNÜN MANŞETLERİ