Pakistanda polis məntəqəsinə hücum edilib

Pakistanda polis məntəqəsinə hücum edilib
Yayınlanma tarixi: 30.03.2023 15:29:20

Pakistanın Hayber Paxtunxva əyalətində silahlıların polis məntəqəsinə və ora dəstək üçün gedən təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 4 polis həyatını itirib, 6-sı yaralanıb.

İslamazeri.com xəbər verir ki, yerli mətbuat orqanların yaydığı məlumata əsasən, silahlılar gecə saatlarında Lakki Marvat rayonundakı ''Səddar'' polis məntəqəsinə  hücum ediblər.
Hücumdan sonra bölgəyə gedən polis maşını silahlıların hücumuna məruz qalıb.
Partlayış nəticəsində  4 polis həyatını itirib, 6 polis də yaralanıb.
Pakistan Baş naziri Şahbaz Şərif ''Twitter'' səhifəsində verdiyi açıqlamada polisin terrora qarşı apardığı qətiyyətli mübarizənin unudulmayacağını bildirib.
Hücuma görə məsuliyyəti öz üzərinə agötürən olmayıb.
Son aylar Pakistanın Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.
Rəsmi İslamabad bu hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə edildiyini bildirib. Əfqanıstan isə bu iddiaları rədd edir.
Yanvarın 30-da Pakistanın Peşəvər şəhərində günorta namazı zamanı məscidə törədilən hücum nəticəsində əksəriyyəti polis olmaqla 102 nəfər həlak olmuşdu.
Martın 6-da Bəlucistanda törədilən hücumda isə 10 polis həlak olmuşdu.

GÜNÜN MANŞETLERİ