Pakistan: Netanyahu tarixin ən nifrət olunan cinayətkarıdır

Pakistan: Netanyahu tarixin ən nifrət olunan cinayətkarıdır
Yayınlanma tarixi: 1/7/2026 11:33:02 AM

Pakistanın müdafiə naziri: Netanyahu tarixin ən nifrət olunan cinayətkarıdır

İslamazeri.com xəbər verir ki, Pakistanın müdafiə naziri İsrail rejiminin baş naziri Benyamin Netanyahunu tarixin ən nifrət olunan cinayətkarı adlandıraraq bildirib: Netanyahunun İran İslam Respublikasının dinc nüvə proqramları ilə bağlı səsləndirdiyi iddialar yalnız İsrail rejiminin İrana qarşı təcavüzkar siyasətinə haqq qazandırmaq məqsədi daşıyır.

Xavaca Məhəmməd Asif İslamabadda “Geo” telekanalına müsahibəsində ABŞ prezidenti Donald Trampın Venesuelaya qarşı sərt və təhdidedici mövqeyini də kəskin tənqid edib.

O vurğulayıb: ABŞ-nin Pakistanın qonşusu olan İrana qarşı istənilən aqressiv yanaşması İslamabad üçün də ciddi problemlər və çağırışlar yaradacaq.

Pakistanın müdafiə naziri Donald Trampa müraciətlə deyib: Əgər ABŞ prezidenti həqiqətən bəşəriyyətin taleyi ilə səmimi şəkildə maraqlanırsa, tarixin ən böyük cinayətkarı və beynəlxalq axtarışda olan şəxs Netanyahunu həbs etdirərək onu ABŞ məhkəmələri qarşısında cavab verməyə məcbur etməlidir.

ABŞ-nin İsrail rejiminin fələstinlilərə qarşı törətdiyi cinayətlərdə roluna işarə edən Asif əlavə edib: Cinayətkarları dəstəkləyən və onların cinayətlərini asanlaşdıran şəxslərin qanun qarşısında hansı məsuliyyət daşıdığı sualı verilməlidir.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM