Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 790 nəfər müraciət edib

Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 790 nəfər müraciət edib
Yayınlanma tarixi: 4/4/2023 12:03:34 PM

Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 790 nəfər müraciət edib.

Mart ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 790 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, onlardan 139-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 72-si dərmandan, 30-u sirkə turşusundan, 5-i dəm qazından, 10-u alkoqollu içkidən, 8-i qidadan (botulizm), 1-i göbələkdən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 8-i allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 1-ni isə həşarat sancıb.

Zəhərlənən şəxslərin 58-i qadın, 49-u kişi, 32-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5-i sirkə turşusundan, 3-ü dərman zəhərlənməsindən, 1-i spirtli içkidən, 1-i dəm qazından, 1 nəfər isə botulizimdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 9-u kişi, 2-si qadındır.

GÜNÜN MANŞETLERİ

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...
REGİON / İRAN

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...

3/17/2026 2:03:01 AM
 Amerikalı dəniz piyadalarını
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Amerikalı dəniz piyadalarını "ət maşını" gözləyir

3/17/2026 1:57:45 AM
İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM