Bu rayonun qaz təchizatında fasilə yaranacaq

Bu rayonun qaz təchizatında fasilə yaranacaq
Yayınlanma tarixi: 6/5/2026 10:42:01 AM

Bu rayonun qaz təchizatında fasilə yaranacaq.

Bu gün Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə "İslamazeri.com" "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 05.06.2026-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M. Ə. Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

GÜNÜN MANŞETLERİ