NYT: ABŞ Fələstində saxladığı silahları Ukraynaya göndərir

NYT: ABŞ Fələstində saxladığı silahları Ukraynaya göndərir
Yayınlanma tarixi: 1/18/2023 1:07:06 PM

“New York Times” qəzeti ABŞ-ın işğal etdiyi Fələstin ərazilərində saxladığı silahları Ukraynaya göndərdiyini yazıb.

“New York Times” qəzeti ABŞ-ın işğal etdiyi Fələstin ərazilərində saxladığı silahları Ukraynaya göndərdiyini yazıb.

İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, qısa müddətdə dünya gündəminə daxil olan xəbəri “Pentaqon İsraildə saxlanan ABŞ silahlarını Ukraynaya göndərir” başlığı ilə oxucularına təqdim edən qəzet, İsrail rəsmilərinin bu vəziyyətin Rusiya ilə münasibətlərini pisləşdirə biləcəyindən narahat olduqlarını yazıb.

NYT, adı açıqlanmayan bir neçə sionist və amerikalı məmura istinad edərək, Pentaqonun Ukraynanın artilleriya mərmilərinə olan ehtiyacını ödəmək üçün işğal olunmuş Fələstin ərazilərində böyük, lakin az tanınan Amerika sursat ehtiyatından istifadə etdiyini açıqlayıb.

Qəzet sözügedən razılaşmanın nə vaxt edildiyinin bəlli olmadığını, lakin razılaşmanın təfərrüatlarına çata bildiyini vurğulayıb.

NYT yazıb ki, Vaşinqton təxminən 300 min ədəd 155 millimetrlik mərmi tədarük etməyə icazə verib.

Ukraynaya göndəriləcək 300 min mərminin təxminən yarısının artıq Avropaya göndərildiyi də əldə edilən məlumatlar arasındadır.

GÜNÜN MANŞETLERİ

Qəbul imtahanlarının tarixi açıqlanıb
ÖLKƏ / TƏHSİL

Qəbul imtahanlarının tarixi açıqlanıb

3/16/2026 11:37:55 AM
Xəzər dənizində zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Xəzər dənizində zəlzələ olub

3/16/2026 11:34:38 AM
İran: Atəşkəs gündəmdə deyil
REGİON / İRAN

İran: Atəşkəs gündəmdə deyil

3/16/2026 11:29:44 AM