MN-in sürücü ixtisası üzrə kursuna qəbul davam edir

MN-in sürücü ixtisası üzrə kursuna qəbul davam edir
Yayınlanma tarixi: 16.03.2023 11:40:52

Bu barədə Müdafiə Nazirliyinindən məlumat verilib.

Azərbaycan Ordusunda sürücü ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul prosesi davam edir.

Müdafiə Nazirliyinindən "İslamazeri.com"a verilən xəbərə görə, kursa daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 2023-cü il mart ayının 18-dək Pirəkəşkül qəsəbəsi, Gəncə və Bərdə şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Qəbul qaydaları barədə bu linkə (https://mod.gov.az/az/news/mudafie-nazirliyi-surucu-ixtisasi-uzre-kursa-qebul-elan-edir-46948.html) keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.

GÜNÜN MANŞETLERİ