Milli Məclisdə Azərbaycan dilinin vəziyyətinə dair dinləmə keçiriləcək

Milli Məclisdə Azərbaycan dilinin vəziyyətinə dair dinləmə keçiriləcək
Yayınlanma tarixi: 1/23/2026 10:09:38 AM

Milli Məclisdə "Azərbaycan dili-milli usverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair" ictimai dinləmə keçiriləcək.

İslamazeri.com xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planına daxil edilib.

Eyni zamanda, iş planında "Böyük Qayıdış və reinteqrasiya" ilə bağlı ictimai dinləmənin keçirilməsi də yer alıb.

Bundan əlavə, "Yeni dünya düzəni və mövcud qlobal geosiyasi proseslər fonunda insan hüquqları: çağırışlar və yeni baxışlar", "Milli-mənəvi dəyərlərin və ailə institutunun informasiya-kommunikasiya məkanında müdafiəsi" mövzularında dəyirmi masanın təşkili nəzərdə tutulur.

Həmçinin, rəqəmsal suverenliyin qorunması, dezinformasiyaya, deepfake və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institusional mexanizmlərin gücləndirilməsi sahəsində icmalların hazırlanması, uşaq və yeniyetmələrin sosial media asılılığının qarşısının alınması yollarına dair ekspert müzakirələrinin keçirilməsi də planlaşdırılır.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM