Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb

Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb
Yayınlanma tarixi: 2.03.2023 18:00:38

Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.

Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb.

İslamazeri.com xəbər verir ki, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən məlumata görə, hazırda Günəşdə baş verən alışmaların aktivlik indeksi sarı zonaya düşür (cəmi beş olmaqla yaşıl, sarı, narıncı, qırmızı və bənövşəyi indeks mövcuddur), geomaqnit sahə sakit və stabildir.

Kafedranın məlumatına görə, 5-7 mart tarixlərində geomaqnit sahənin aktiv hala keçəcəyi, geomaqnit şəraiti göstərən Kp əmsalının 10 ballıq şkala ilə 4-5, 15 mart tarixi üçün isə 4 olacağı proqnozlaşdırılır. Martın 25-dək geomaqnit şəraitin sakit olacağı, 25-28 mart tarixləri üçün geomaqnit şəraitin yenidən fəallaşacağı gözlənilir. Bunun nəticəsində Kp əmsalının 4-7 intervalına, geomaqnit qasırğasının isə G2 (orta) və G3 (orta, nisbətən daha güclü) səviyyəsinə çatacağı proqnozlaşdırılır.

Hazırda Günəşdə alışmaların baş vermə ehtimalı C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 50%, X sinif alışmalar üçün isə 15% -dir. 02-04 mart tarixlərində Kp əmsalı 1-3 intervalında dəyişəcək.

GÜNÜN MANŞETLERİ