Londonda ən böyük İslam Mərkəzlərindən biri fəaliyyətini dayandırdı

Londonda ən böyük İslam Mərkəzlərindən biri fəaliyyətini dayandırdı
Yayınlanma tarixi: 26.05.2023 12:10:55

Bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

İslamazeri.com xəbər verir ki, İngiltərənin ən böyük İslam mərkəzlərindən birinin girişində ərəb, fars və ingilis dillərində yazılmış plakatda bu barədə bildirilib.

Plakatda yazılıb: “Hörmətli qardaşlar, İngiltərə İslam Mərkəzinin fəalları! Təəssüflə nəzərinizə çatdırırıq ki, gözlənilməz hallara görə Cümə namazı da daxil olmaqla mərkəzin bütün proqramlarının dayandırılması barədə qərar qəbul edilib. Ən xoş arzularımızla."

Mərkəz bunun səbəblərini açıqlamayıb, İran rəsmiləri də bu məsələyə münasibət bildirməyib. Məlumdur ki, İngiltərə İslam Mərkəzinin işi araşdırılır. Hüquq-mühafizə orqanları Mərkəzin öz saytındakı məzmunu və təşkil etdiyi tədbirlərlə bağlı narahatlığını bildirib. Bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Eyni zamanda, London Times daha əvvəl İslam Mərkəzinin Böyük Britaniya hökumətindən 100 min funt sterlinqdən çox maliyyə yardımı aldığını bildirmişdi. Eyni zamanda “Sunday Times” qəzeti mərkəzin təbliğatçılarını ekstremist bəyanatlarda ittiham edib. Xüsusilə, qəzetin yazdığına görə, Mərkəzdəki moizələrdə “Britaniyaya ölüm” sözləri eşidilib. Bu İslam Mərkəzi 1998-ci ildə Londonun Şimal-Qərbində, Ərəb küçəsi kimi tanınan Eqvard yolunda, ərazidə çoxlu sayda ərəb sakinləri və turistlər olduğuna görə açılmışdır. Mərkəzə İrandan təyin olunmuş din xadimi Haşim Musəvi rəhbərlik edir.

GÜNÜN MANŞETLERİ