Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşüb

Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşüb
Yayınlanma tarixi: 5/15/2023 2:05:48 PM

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Mayın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Nazirlər Kabinetindən "İslamazeri.com"a verilən xəbərə görə, görüşdə Azərbaycan-Belarus ticari-iqtisadi əməkdaşlığının, investisiya fəaliyyətinin və sənaye kooperasiyasının aktual məsələləri nəzərdən keçirilib.

Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın bu gün Bakıda keçirilən növbəti iclasının əhəmiyyəti qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivlərini də müzakirə ediblər.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM