Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:15.04.2022 17:37:12

İmam Hüseyn (ə) hərəminin imam cüməsi Kərbəlada siyasi xütbə kimi tanınan cümə namazının ikinci xütbəsinin dayandırılmasının səbəbini açıqlayıb.

Kərbəlada ötən həftədən etibarən cümə namazının ikinci xütbəsinin oxunması dayandırılıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, İmam Hüseyn (ə) hərəminin imam cüməsi Seyid Əhməd Əs-Safi cümə xütbəsinin iki hissədən ibarət olduğunu deyib. Bu xütbənin ikinci hissəsi ictimai və siyasi məsələlər barədədir. Onun sözlərinə görə, bu xütbənin mövzusu, bəzən isə məzmunu Ayətullah Sistani tərəfindən yazılır. Daha sonra moizənin mətni müvafiq orqana göndərilir.

Seyid Safi bildirib:

"Seyid Əli Sistaninin yazdığı moizələr sadəcə cümə günündə çıxış etmək üçün deyil, eyni zamanda insanların həyatında təsirli olmaq üçün yazılır. Lakin, bəzi şəxslər ali orqanın tövsiyələrinə əməl etmir və xütbədə əlavələr edirlər".

Seyid Safi vurğulayıb ki, Kərbəlada cümə namazının ikinci xütbəsinin bərpası ilə bağlı hələlik heç bir qərar verilməyib.

Qeyd edək ki, İmam Hüseyn (ə) hərəmində qılınan cümə namazının ikinci xütbəsi Seyid Əhməd Əl-Safi və Şeyx Əbdül-Mehdi əl-Kərbəlai tərəfindən oxunan həssas siyasi məsələlər, islahatlar və ictimai göstərişlərdən ibarətdir.


Kərbəlada cümə xütbəsinin ikinci hissəsinin oxunması dayandırılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sənan Əhmədova şəhid ailəsi statusu verilməməsi ilə bağlı məsələ Milli Məclisdə qaldırılıb
    "Necə yəni bir qardaşı olana şəhid ailəsi statusu verilmir? Ailəli birinə necə bir otaq verilə bilər?", - deputat Aqil Abbas bildirib.
     30.09.2022
    Bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
     30.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ